Həftə ərzində az yatırsınızsa, bunu edin
04 Sentyabr 2026, 00:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
236
25.10.2024, 21:57
COP29 konfransı ərəfəsində tədbir tarixləri ərzində nəqliyyat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdiriləcək.
OXU24.COM xəbər verir ki, oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun simulyasiya edilərək icra olunacaq. Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.
COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılacaq simulyasiya prosesinə COP29-un avtomobil və avtobusları ilə yanaşı, təcili tibbi yardım və yanğınsöndürmə maşınları da cəlb ediləcək. Bu zaman paytaxtın mərkəzi hotelləri, hava limanı, tədbir məkanı olan Bakı Stadionu və qonaqların hərəkət edəcəyi digər əsas istiqamətlərdə nəqliyyat hərəkətinin simulyasiyası baş tutacaq.
Bundan əlavə, 27 oktyabr tarixində saat 10:00-dan 14:00-dək əhaliyə narahatlıq yaratmamaq məqsədilə yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın bəzi küçə və prospektlərində COP29-a məxsus avtobusların da monitorinqi baş tutacaq.
00:19 / 04 Sentyabr 2026
1
23:59 / 03 Sentyabr 2026
23
23:55 / 03 Sentyabr 2026
43
23:45 / 03 Sentyabr 2026
47
23:20 / 03 Sentyabr 2026
49
23:08 / 03 Sentyabr 2026
56
22:53 / 03 Sentyabr 2026
148
22:42 / 03 Sentyabr 2026
50
22:30 / 03 Sentyabr 2026
53
22:14 / 03 Sentyabr 2026
59
22:03 / 03 Sentyabr 2026
57
22:01 / 03 Sentyabr 2026
778
21:51 / 03 Sentyabr 2026
72
21:48 / 03 Sentyabr 2026
63
21:20 / 03 Sentyabr 2026
72
21:14 / 03 Sentyabr 2026
78
21:01 / 03 Sentyabr 2026
57
20:48 / 03 Sentyabr 2026
68
20:30 / 03 Sentyabr 2026
180
20:16 / 03 Sentyabr 2026
71
19:58 / 03 Sentyabr 2026
123
19:45 / 03 Sentyabr 2026
73
19:34 / 03 Sentyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.