Qaynar xətt:

(+99450) 247 90 86

Üzərinə ağac aşan 47 yaşlı kişi öldü

Üzərinə ağac aşan 47 yaşlı kişi öldü

CƏMİYYƏT

343

03.09.2024, 16:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lerik rayonunda bədbəxt hadisə baş verib.

Oxu24.com xəbər verir ki, Lerik rayon Kaqo kənd sakini, 1973-cü il təvəllüdlü İlham Mikayıl oğlu Əliyev səhər saatlarında odun yığmaq üçün meşəyə gedib. Odun yığarkən irigövdəli çürümüş ağac onun üstünə aşıb. İ.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyiti yaxınları tərəfindən aşkarlanıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.