Qəza anı kameraya düşdü
23 Noyabr 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
333
03.09.2024, 14:29
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva məşhur Bakı Oksford Məktəbinin tam müsadirə edilməsinə etiraz edir.
Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, məktəbdə payı olduğunu iddia edən Əliyeva məhkəməyə üz tutub.
Əvvəlcə məlumat üçün deyək ki, məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib.
Hökmdə deyilir ki, Məmmədovun arvadı Mehriban Məmmədovanım rəhbərlik etdiyi Bakı Oksford Məktəbi cinayət yolu ilə qazanılmış pullarla tikilib. Bu səbəbdən dövlət nəfinə alınmalıdır. Məmmədovun ümumilikdə 70 milyonluq əmlakı müsadirə edilib. Bütün instansiya məhkəmələri bunu qanuni hesab edib.
Maraqlıdır ki, həmin vaxt Kamilə Əliyeva susmağı üstün tutub. Hökm qanuni qüvvəyə minənə kimi də bu məsələ haqda danışmayıb.
Məktəb bu yaxınlarda icra məmuru tərəfindən 24.7 milyon manata satışa çıxarılıb.
Kamilə Əliyevə isə bununla razılaşmır. Əliyeva şikayətində yazır, Bakı Oksford Məktəbinin 1/2 hissəlik payı ona məxsusdur. O, artıq bütün instansiyalardan keçmiş işi yenidən başlatmaq istəyir.
Digər məlumata əsasən, keçmiş administrasiya rəhbərinin qızı ilə birgə hələ də Bakı Oksford Məktəbinin rəhbəri olan Mehriban Əliyeva da maraqlı şəxs kimi işə qoşulmaq istəyir. Hər iki xanım apellyasiya şikayəti vermək üçün birinci instansiyaya-Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət ediblər.
Hələ ki, məhkəmə onların müraciətinə baxmayıb.
Qeyd edək ki, Kamilə Əliyeva keçmiş deputat İlham Əliyevin həyat yoldaşıdır. Psixologiya elmləri doktoru, professor Kamilə Əliyeva Bakı Dövlət Universitetinin Sosial və pedaqoji psixologiya kafedrasının müdiridir. Vaxtaşırı mediada onun Badamdar qəsəbəsində yerləşən, əsasaən imkanlı şəxslərin övladlarının təhsil aldığı Bakı Oksford Məktəbinin bir hissəsinin sahibi olduğu yazılıb.
Xatırladaq ki, Rasim Məmmədov özü isə 13 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

23:19 / 23 Noyabr 2026
14
22:54 / 23 Noyabr 2026
60
22:39 / 23 Noyabr 2026
105
22:37 / 23 Noyabr 2026
80
22:30 / 23 Noyabr 2026
70
22:25 / 23 Noyabr 2026
95
22:14 / 23 Noyabr 2026
128
21:55 / 23 Noyabr 2026
89
21:51 / 23 Noyabr 2026
432
21:44 / 23 Noyabr 2026
117
21:35 / 23 Noyabr 2026
108
21:27 / 23 Noyabr 2026
136
20:55 / 23 Noyabr 2026
1694
20:46 / 23 Noyabr 2026
105
20:37 / 23 Noyabr 2026
135
20:21 / 23 Noyabr 2026
128
20:16 / 23 Noyabr 2026
192
20:09 / 23 Noyabr 2026
151
19:53 / 23 Noyabr 2026
124
19:39 / 23 Noyabr 2026
499
19:33 / 23 Noyabr 2026
121
19:14 / 23 Noyabr 2026
120
19:10 / 23 Noyabr 2026
497
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.