Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11682
az

Evinizdəki düşməni siz də tanıyın! – BEYNİMİZİ ÖLDÜRÜR

19:5005 Aprel, 2019
691
CƏMİYYƏT
  • A
Bir çox insan gecələr tam qaranlıq otaqda yox, zəif işıqlandırılan otaqda yatmağa üstünlük verir. Lakin bunun sağlamlıq üçün zərərli olduğu heç də hamıya məlum deyil.  

Oxu24.com medicina.az-a istinadən bildirir ki, bunu amerikalı neyrobioloqlar araşdırıb ortaya çıxarıb. Gecələr işıqlı otaqda yatmaq sağlamlıq üçün çox zərərlidir. Qərbi Vircinya Universitetinin neyrobioloqları daha çox xəstəxanalar üçün xarakterik olan ağ işıqların iltihab, beyin hüceyrələrinin məhvi və ürək problemlərinə səbəb olduğunu açıqlayıb.

Alimlər bu faktı araşdırmaq üçün heyvanların süni olaraq ürəyini dayandıraraq, daha sonra onlarda baş verək ürək problemlərini izləyib. Modellər 3 qrupa ayrılıb. Onlardan 1-ci qrup ağ işıqda, 2-ci qrup qırmızı işıqda, 3-cü qrup isə qaranlıq otaqda yatızdırılıblar.

7 gecədən sonra mütəxəssislər heyvanların beyin hüceyrələrinin vəziyyətini araşdırıblar.

Ağ işıqda yatan heyvanların beyinlərində yerləşən hipokampda hüceyrələrin məhv olmağa başladığı və bundan əlavə mikroqliyada iltihab müşahidə edilib. Bütün bu problemlər ağ işıqlı otaqda bir gün yatdıqdan sonra meydana gəlib. Onu da bildirək ki, qırmızı işıqlı və qaranlıq otaqda yatan heyvanlarda bu problemlər yaranmayıb.

Araşdırmaçılar insanlarda eyni problemlərin yarandığını müəyyən etməyə çalışıblar. İnsanların hipokampında bir dəyişiklik olmasa da, beyin hüceyrələrində iltihab səviyyəsinin artdığı məlum olub. Ağ işıq insanın sirkad ritmlərini də pozur.
Bu isə onlarda piylənmə, depressiya, maddələr mübadiləsinin pozulması ilə müşahidə olunur Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Limon suyunun möcüzəvi faydaları
Goranboyda ər-arvad dəm qazından öldü
Gecə saatlarında ACI XƏBƏR: ölən və yaralanan var

Vanqa 2025-ci il üçün görün hansı proqnozu veribmiş — Dünya şokda

18+

İntim əlaqədə olublarmış— Bakıdakı cinayətin təfərrüatı
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Qadınlarda göbələk xəstəliyi
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı