Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11085
az

“Araz” marketlər şəbəkəsində üzərində erməni dilində yazılmış məhsullar satılır - VİDEO

17:3019 Mart, 2019
922
CƏMİYYƏT
  • A
 
"Biz şirkət rəhbərliyinə bu barədə təkrar məlumat verdik".

Bakıda satılan məhsulun üzərində yalnız erməni dilində məlumatların yer alması istehlakçıları qəzəbləndirib və onlar bu barədə Azad İstehlakçılar Birliyinə məlumat veriblər.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Eyyub Hüseynov deyib ki, daxil olan vətəndaş müraciəti əsasında Nəsimi rayon ərazisində yerləşən “Araz” supermarketlər şəbəkəsində olub və mövcud vəziyyəti öz gözləri ilə görüb. Həqiqətən də Rusiya istehsalı olan “Liliya” və “Pero” salfetləri üzərində olan məhsul haqqında məlumatlar erməni dilində və digər bir neçə dildə göstərilsə də Azərbaycan dilində göstərilməyib:

“Bizə bu haqda müraciət daxil oldu, hətta müraciət edən şəxs bir neçə dəfə təkid etdi ki, biz həmin adıçəkilən marketdə olaq və vəziyyəti özümüz müşahidə edək. Bizə həmin marketdən bir neçə dənə də nümunə gətirmişdilər. Lakin market rəhbərliyi dedi ki, məhsulun üzərinə Azərbaycan dilində xüsusi yapışqan kağızlar (stiker) yapışdırılıb. Ortada anlaşılmaz və təzadlı vəziyyət var idi. Biz özümüz getməli olduq və həqiqətən də vəziyyət vətəndaşın qeyd etdiyi kimi idi. İstehlakçıların hüquqları haqqında qanun və Azərbaycan dili haqqında qanunun pozuntusu halı var idi. Biz şirkət rəhbərliyinə bu barədə təkrar məlumat verdik”.

“Araz” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəsisi Billurə Əmirova isə qeyd edib ki, market həmin şirkət qarşısında iki tələb qoyub və əməkdaşlığı dayandırıb.

Tələblərdən biri erməni dilinin məhsul üzərindən çıxarılmasıdır, növbəti tələb isə Azərbaycan dilində məhsul haqqında məlumat daxil ediləcəkdir. Tələblərə əməl edilsə əməkdaşlıq yenidən bərpa ediləcək, əməl edilməyəcəyi təqdirdə isə əməkdaşlıq həmişəlik dayandırılacaq”.(bizimyol.info)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Yalnız burada saat əksinə dönür - SƏBƏBİ

18+

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Canlı yayımda qıza hücum etdi - VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
MÖCÜZƏ! Bir dəstə Şüyüd 10 Xəstəliyi belə SAĞALDIR
Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü