Qaynar xətt:

(+99450) 247 90 86

Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

Belçika Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışladı

CƏMİYYƏT

223

14.05.2024, 09:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Belçika mayın 10-11-də Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışlayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə krallığın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq üzrə Federal Dövlət Xidmətinin bəyanatında bildirilib.

“Belçika mayın 10-11-də Ermənistan və Azərbaycan arasında danışıqların yeni raundunu, 1991-ci il Almatı Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsinə dair son razılaşma, habelə sülh sazişi üçün müzakirələri davam etdirmək səylərini alqışlayır”, – xarici siyasət idarəsi qeyd edib.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.