Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1066
az

Universitetə qəbul olmayan gənclərə şad xəbər – Hərbi xidmətdən…

19:0625 Aprel, 2018
2481
CƏMİYYƏT
  • A
 Ali məktəblərə qəbul olmayan gənclər: Hərbi xidmətdən möhlət hüququ verilə bilər
Oxu24.com un verdiyi xebere istinadən Ali məktəbə qəbul ola bilməyən gənclərə hərbi xidmətdən möhlət hüququ verilə bilər. Ancaq hələki bu mexanizim üzərində iş gedir. Təhsil haqqında qanuna edilən dəyişikliyə görə universitetlərin nəzdində bu il hazırlıq qurupları yaradılacaq. Bu quruplarda ali məktəblərə imtahan zamanı keçid balını toplamayan abituriyentlər müəyyən məbləği ödəməklə yenidən hazırlaşa bilər. Burda ortaya çıxan məsələ isə həmin quruplarda oxuyan oğlanların hərbi xidmətə çağırılıb çağırlmaması məsələsidir.

Aydın Mirzəzadə – Millət vəkili: “Bu gün fikir həmin gənclərə möhlət hüququnun verilməsidir. Detallar götür-qoy ediləndən sonra Milli Məclisin müzakirəsinə veriləcək”.

Təklif edilən qanun qüvvəyə minərsə bu cəmiyyətdə daha çox təhsilli gəncin olması deməkdir. Reallıq isə onu deyr ki, hərbi xidmətdən qayıdan gənc çox nadir hallarda təhsil almaq fikrində olur. Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, qanun qəbul olunandan sonra ali təhsil sektorunda xüsusi canlanma baş verəcək:

“Bunu etməklə daha çox gənc təhsil alacaq. Bu və ya digər yollarla xarici universitetlərdə oxuyan gənclərin problemləri aradan qalxacaq”.

Kursların təşkili bütün universitetlər də olmayacaq. illkin mərhələdə bu özəl ali təhsil müəssələrində qəbul planı tam dolmamış ixtisaslar üçün yaradılması nəzərdə tutulur. Ekspertlər hazırlıq kurslarının təşkilini cəmiyyətdə ədalət prinsipinin pozulmasına gətirib çıxacağını düşünür. Təhsil üzrə ekspert Elvin bədirli hazırlıq qurupunda oxuyacaq oğlanlara möhlət hüququnun verilməsini bu kurslara marağın artırılmasına xidmət etdiyini deyir.

Elvin Bədirli – Təhsil eksperti: “Sırf tələbə olmaq istəyənlər hazırlıq qruplarında möhlət hüququnun verilməsi ehtimalına görə, həmin qruplarda yazılmağa daha maraqlı olsunlar”.

Ümumilikdə kursların təşkil olunması həmçinin universitetlərin maddi texniki bazasının möhkəmləndirilməsinə xidmət edəcək. Ancaq bir məsələdə var ki, bu gün müharibə şəraitində yaşadığımız üçün bu orduda xidmət edən əsgərlərin sayına necə təsir edə bilər?

Şair Ramaldanov – Ehtiyyatda olan zabit: “Hazırlıqda oxuyan gənclərsiz tələbatı ödəyə biliriksə, bir problem görmürəm”.  




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Arzuları yerinə yetirən sehirli ot – Zəncirotu barədə bilmədiklərimiz
Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO

6 yaşlı qız yeganə qəribə genlə doğulub

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi