Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106534
az

SON DƏQİQƏ! Pensiya yaşı barədə qərar verildi

13:1619 Aprel, 2024
3389
CƏMİYYƏT
  • A

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq.

 

Oxu24.com-un məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb.

 

Layihəyə əsasən, həqiqətən övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, analoji dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdıracaq, habelə bu alətdən sui-istifadə imkanını aradan qaldıracaq.

 

Belə ki, Qanunun 8.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən qadınlar öz uşaqlarından əlavə uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb səkkiz yaşınadək tərbiyə etdikdə və bu uşaqların sayı qadının öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda həmin şəxslər çoxuşaqlı ana kimi 5 il erkən pensiya hüququ əldə edirlər.

 

Bu hal isə sui-istifadə hallarının artmasına səbəb ola bilər. Belə ki, qadınların 3 və ya 4 uşağı varsa, yaxın qohumlarının və digər şəxslərin uşaqlarını (hansı ki anası və ya atası və ya hər ikisi sağ olan) övladlığa götürərək 5 uşaq sayının tamamlanması nəticəsində pensiya hüququ əldə edə bilərlər.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq
Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb
Sabah hava necə olacaq?

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA