Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106387
az

“Qıza dedim ki, nişanı qaytar, ondan ər olmayacaq...” - Eyyub Hüseynov

21:5317 Aprel, 2024
134
CƏMİYYƏT
  • A

"Azərbaycan nənələri, babaları, ataları nəvələrini, oğullarını əzizləyəndə deyirlər ki, "sənin toyunu görüm". Ancaq "səni ali məktəbə girən görüm", "əsgərliyini çəkəsən" kimi ifadələr heç vaxt demirlər. Nə qədər ki, bu düşüncə insanların beynində yaşayır toy biznesi öz mənfur çalarları ilə daim inkişaf edəcək".

OXU24.COM  xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov toy biznesi haqda danışarkən deyib.

Ekspertin sözlərinə görə, dəfələrlə bununla bağlı rəhbəri olduğu təşkilata şikayətlər edilir:
"Onlar soruşurlar ki, bu sahədə vəziyyət niyə düzəlmir? Burada tələb təklifi üstələdiyindən vəziyyət düzəlməyəcək. Çünki toyun vaxtını müəyyən etmək üçün şadlıq evlərində insanlar növbəyə durublar. Bu mənfur, insanların pulunu yeyən biznes sürətlə inkişaf edir. Burda şadlıq evi rəhbəri, musiqiçilər və müğənnilər əlbirdirlər. İnsanların verdiyi pulun böyük məbləği demək olar ki, müğənnilərə gedir.

Ümumiyyətlə, toy sahibi elə bilir ki, onun üçün təmtəraqlı toy edirlər. Amma bilmir ki, burda işi elə qurublar insanlar məclisi tez tərk etsin. Bu isə nadanlıq, avamlıqdır. Ağıllı bəy və gəlin dünyada valideynlərini belə bir çətinliyə düçar etməz".

E.Hüseynov keçmiş çadır toylarına qayıtmağımızın vacib olduğunu hesab edir:

"Mütləq çadır toyları başlamalıdır, bunun üçün bütün şərait yaradılmalıdır. Bununla yanaşı, əhalinin düşüncəsində dəyişiklik olmalıdır. Cehiz məsələsi də bərbad vəziyyətdədir. Təşkilatımıza gələn ana və qız şikayətində bildirdi ki, aldığımız mebelin uzunluğu bir az qısa olduğu üçün oğlan evi nişanı qaytarır. Orda qıza dedim ki, get, özün nişanı qaytar, o oğlandan sənə ər olmaz.

Mən bu sahədə vəziyyətin niyə belə bərbad olduğunu araşdırmaq üçün yaşlı müğənnilərlə söhbət etmişəm. Onlar bildirdilər ki, bu məsələ ilk dəfə Qubanın Qırmızı qəsəbəsindən başlayıb. Amma bu informasiyanın nə qədər dəqiq olduğunu bilmirəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İmtahanda həyəcan keçirməmək üçün nə etmək lazımdır? - VİDEO
Ərik yeməyin faydaları
Şəkərli diabeti illər əvvəl müəyyən etməyin yolu

Quş sürüsü təyyarənin qarşısın kəsdi - VİDEO

18+

15 il əvvəl qızı zorlayan pedofil saxlanılıb +VİDEO
Rəisini belə dəfn edirlər  - Video yayıldı
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Göyçayda çay evinin sahibi niyə öldürülüb?