Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
106144
az

Orduda xidmət edib peşə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ

23:1913 Aprel, 2024
115
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 2024-2025-ci tədris ilinə Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən bildirilib ki, nazirliyin Milli Müdafiə Universiteti ölkəmizdə peşəkar hərbi mütəxəssislərin yetişdirilməsi və hərbi təhsil sisteminin orta ixtisas təhsil pilləsinin genişləndirilməsi məqsədilə hərbi kolleclər və müvafiq təhsil infrastrukturu təsis edib. Müzəffər orduda xidmət edib peşə sahibi olmaq və liderlik qabiliyyətini inkişaf etdirmək istəyən gənclər üçün uğurlu seçimdir.

Kollec peşəkar hərbçilərin təhsilini və hazırlığını təmin etmək üçün dərin və müasir təhsil proqramı təklif edir. Yeni təhsil ocağında hərbi mütəxəssislərə öz sahələrində praktiki məşğələlər təmin etmək məqsədilə ətraflı tədris imkanları da təqdim edilir. Tədris zamanı yeni nəsil silah və hərbi texnika modellərindən, trenajorlardan müasir standartlara cavab verən tədris komplekslərindən, laboratoriyalardan, təlim mərkəzlərindən maksimum bəhrələnməklə təlim-tədris proseslərinin səmərəli təşkil edilməsi nəticəsində qabaqcıl texnologiyanın imkanlarından yüksək səviyyədə istifadə edilməsi təmin edilir.

Təhsil müddəti boyunca Hərbi Kollecin kursantlarına aşağıdakı aylıq ödəmələr təmin edilir:

100 manat məbləğində təqaüd;

200 manat məbləğində ailə üzvlərinə maddi yardım;

150 manat məbləğində hesabda yığılan ödəniş.

Qəbul haqqında məlumat: Hərbi Kollec peşə sahibi olmaq istəyən bütün potensial gənclərə qapılarını açır. Qəbul qaydaları və tədris prosesi ilə bağlı ətraflı məlumat almaq üçün, mmu.edu.az veb-saytına daxil olun və ya 0811 qısa nömrəsinə zəng edin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Niyə pəhrizə sarıkök əlavə edilməlidir? - 5 ƏSAS FAYDASI
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi
Yolda bu xəttə müdaxilə sürücülərin cərimələnməsi ilə nəticələnir - VİDEO

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA