Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105907
az

Azərbaycanda Ramazan bayramı qeyd olunur

09:0010 Aprel, 2024
112
CƏMİYYƏT
  • A

Bu gün və sabah Azərbaycanda Ramazan bayramı qeyd olunur. 

Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən (624-cü il) qeyd olunmağa başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, vicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.a.s.) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının son 10 gecəsinin birində Quran nazil olmağa başlayıb. 

Bu gecə “leylətul-qədr” - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır:  “Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıq, sülh olacaq” (97:1-5).

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib ki, Ramazan Bayramı ilə əlaqədar bayram namazı aprelin 10-da qılınacaq.

Ayın 10-da məscidlərdə namaz vaxtları müvafiq olaraq səhər saat 8-11 aralığında dəyişəcək: belə ki, Əjdərbəy və Heydər məscidlərində bayram namazı saat 08:00-da elan olunub. Digər məscidlərdə bayram namazının vaxtı saat 09:00-a təyin olunub. 

Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 11-dən başlayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

FİFA bu qadağanı götürür
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
Viaqra effekti verən qidalar – SİYAHI

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Gənc qadını bıçaqlı şəxs taksiyə mindirib qaçırdı – ANBAAN VİDEO