Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105634
az

Ali Məhkəmənin yeni hakimləri kollektivə təqdim olundu - FOTO

17:3806 Aprel, 2024
155
CƏMİYYƏT
  • A

Ali Məhkəməyə yeni təyin edilən hakimlər - Aida Hüseyn və Teyyub Muxtarov kollektivə təqdim olunub.

 

OXU24.COM  xəbər verir ki, onları kollektivə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov təqdim edib.

 

Bildirilib ki, ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması istiqamətində aparılan məhkəmə-hüquq islahatları hakimlərin üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan hər bir hakim müstəqil və ədalətli olmalı, şəffaf fəaliyyət göstərməli, cəmiyyətin məhkəmələrə olan inamının artmasına çalışmalıdır. Yeni hakimlərin təcrübəli və peşəkar fəaliyyətləri ilə məhkəmə sisteminə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

 

Sonra yeni hakimlər çıxış edərək onlara göstərilən yüksək etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO