Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104595
az

Paşinyanın 8 kənd etirafı: Sülh İrəvanın öhdəliklərinə əməl etməsindən asılıdır - ŞƏRH + FOTO

17:4419 Mart, 2024
167
CƏMİYYƏT
  • A

Azərbaycanla Ermənistan arasında davamlı sülhün yaranması üçün ilk növbədə sərhədlər müəyyənləşməlidir.

Bu həll olunmadan bütün danışıqlar, müzakirələr, görüşlər vaxt itkisidir və sülhə, təhlükəsizliyin təmin olunmasına gətirib çıxarmayacaq. İşin riskli tərəfi isə odur ki, proses uzandıqca qarşıdurma üçün yeni bəhanələr və ya əsaslı səbəblər meydana çıxır. Bundan başqa, belə bir vəziyyət üçüncü qüvvələrə regiona və iki dövlət arasında münasibətlərə müdaxilə etmək fürsəti verir. İrəvan Azərbaycanın işğal altında saxladığı səkkiz kəndini geri qaytaracağı halda sərhədlərin delmitasiyası istiqamətində əməli addımlar atıla bilər.

Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin hələ də işğal altında qalan kəndləri barədə də danışmışdı. Dövlət başçısı həmin yaşayış məntəqələri ilə bağlı məsələsinin daim gündəlikdə olduğunu bildirmişdi: “Bu məsələ həm mənim Ermənistanın baş naziri ilə təmaslarım əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır”.

 

 

 

 

 

 

 

 

 

 

 

Ermənistanın baş naziri Nikol Paşinyan da ötən gün Azərbaycanın həmin kəndləri ilə bağlı məsələyə toxunub. O, Əskiparada keçirdiyi görüşdə Tavuşla sərhəddə yerləşən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılının adlarını çəkərək bu yaşayış məntəqələrinin başçısının və sakinlərinin kim olduğunu soruşub. Bu kəndlərin ermənilərə aid olmadığı sualın cavabından məlumdur. Həmin yaşayış məntəqələri Azərbaycana məxsusdur, əhalisi də azərbaycanlılardır.

Hökumət başçısı daha sonra bildirib: “Bizə aid olanı əldə etmək üçün bizə aid olmayanı qaytarmağa hazır olmalıyıq”. Onun sözlərinə görə, iki ölkə arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur: “Bu, o deməkdir ki, Ermənistan sərhədinin əslində harada olduğunu dəqiqləşdirmək lazımdır”.

N.Paşinyan bununla da Ermənistan ərazisinin haradan başlayıb, harada bitdiyini açıq şəkildə etiraf edib. Azərbaycanla danışıqlar, sərhədlərin delimitasiya və demarkasiyası ermənilərə onillərlə təqdim edilən xəritələrin saxtalığını da sübuta yetirəcək. Baş nazir özünün sosial şəbəkə hesabında yayımlanan “Dövlət haqqında söhbətlər”də deyib ki, Ermənistanda demokratiyaya görə 1991-ci ildə keçirilən referenduma və 2018-ci ildə baş verən dəyişikliklərə minnətdardırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bu, həm də o deməkdir ki, Ermənistan adlı dövlətin qurulmasına 6 ildir başlayıblar. Onun uğurlu quruculuğu isə Azərbaycanla sərhədlərin müəyyənləşməsindən və sülhdən asılıdır. Əks halda ölkələr arasında daim qarşıdurma, yaxud gərginlik qaçılmazdır.

Hazırda Ermənistanın işğalı altında olan 8 kənd haqqında qısa məlumat təqdim edirik: Naxçıvan Sədərək rayonunun Kərki kəndi (1990-cı il yanvarın 15-də işğal olunub), Qazax rayonunun Bağanis Ayrım (24 mart 1990), Xeyrimli (8 mart 1992), Aşağı Əskipara (12 mart 1992), Qızılhacılı (11 may 1992), Barxudarlı (24 aprel 1992), Sofulu (27 aprel 1992), Yuxarı Əskipara (8 iyun 1992) kəndləri. Bu yaşayış məntəqələrinin ümumi ərazisi 123,9 kvadrat kilometr, yaxud 12 390 hektardır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ermənistan rəhbərliyi bunların dördünü boşaltmaqdan bəhs edir. N.Paşinyanın çıxışındakı “bizə aid olmayanı qaytarmalıyıq” açıqlamasına əsasən, digər dörd kəndin də geri qaytarılacağını söyləmək olar.

Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdikdən sonra beynəlxalq ictimaiyyət də Cənubi Qafqazda sülhün yaranmasında maraqlı olduğunu göstərir. NATO-nun Baş katibi Yens Stoltenberqin Bakıdan başlayan regional səfəri zamanı müzakirə olunan mövzularında biri sülhlə bağlı olub. Eləcə də martın 18-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Bakıda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşündə də regional vəziyyətdən bəhs olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

Ermənistan hakimiyyəti Azərbaycan torpaqlarını azad etməklə bağlı üzərinə düşən öhdəliyə əməl edəcəyi halda, sərhədlərin delimitasiyası prosesi başlayacaq. Məsələ ondadır ki, ötən illər ərzində İrəvan Bakının təkliflərinə əməli işlə cavab verməyib. N.Paşinyan hökuməti daha çox regiondan kənar qüvvələrlə işləməyə, onların sözünə qulaq asmağa üstünlük verib. Bu da Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına mane olub.

Odur ki, 8 kəndin qaytarılması ilk addımdır. Real addımlar sərhədlərlə bağlı istinad xəritəsinin müəyyənləşməsinə də yardım edəcək. Bu, erməniləri də “Ermənistanın sərhədləri harada başlayıb, hara bitir” sualına cavab axtarmaqdan, uydurma düşüncələrdən qurtarar.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinin bəyanatına sərt REAKSİYA
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? -YENİLƏNDİ

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib