Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
104353
az

Əli Həsənov vəfat etdi - FOTO

23:2013 Mart, 2024
336
CƏMİYYƏT
  • A
Azərbaycan elminə ağır itki üz verib. Oxu24.com qafqazinfo.az-a istinadən xəbər verir ki, professor, UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri Həsənov Əli Pənah oğlu vəfat edib. Qeyd edək ki, o, 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilib. Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı, 2011-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub. Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. Ailəlidir, dörd övladı var. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Avropa çempionumuzdan İLK AÇIQLAMA:
Azərbaycanlı general vəfat etdi - FOTO