Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103279
az

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 1362 kq batareya toplanıb

19:0523 Fevral, 2024
132
CƏMİYYƏT
  • A

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində fəaliyyətə başlayan “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi öz töhfəsini verməyə davam edir. Belə ki, layihə çərçivəsində Kapital Bank və “Access Bank”ın baş ofislərindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, “Bravo” supermarketlər şəbəkəsinin “Gənclik Mall” filialından, “Landau” məktəbindən və “Fly Inn Baku” mehmanxanasından ümumilikdə 125 kq  istifadəyə yararsız elektrik batareyası toplanaraq “Təhlükəli Tullantılar” MMC-yə təhvil verilib.

Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.

Bu səbəbdən də “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.  

Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, market şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə təhvil qutuları yerləşdirilib. Layihə çərçivəsində bu günədək 1362 kq işlənmiş batareya təhvil alınıb.

Qeyd edək ki, “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

1735 taksi sürücüsü imtahanda uğur qazandı
Bərxudarovun yerinə keçən Vilayət Quliyev kimdir? -DOSYE
Daşkəsəndə yeniyetmə qız dəm qazından zəhərləndi

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı