Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
103158
az

Yeni təyin olunan icra başçısı kimdir? - DOSYE

17:3321 Fevral, 2024
142
CƏMİYYƏT
  • A

Prezident İlham Əliyevin sərəncamı ilə Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

OXU24.COM  xəbər verir ki, Naim Etibar oğlu Cahidzadə 18 avqust 1989-cu ildə Şahbuz rayon Kolanı kəndində anadan olub.

2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr təhsili alıb.

2011-2014-cu illərdə Naxçıvan Dövlət Universitetində "Maliyyə və kredit" ixtisası üzrə Magistratura təhsili alıb.

Əmək fəaliyyətinə 2011-ci ildən Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsində tütor vəzifəsində başlayıb. 2014-cü ildən Naxçıvan Universitetinin İdarəetmə fakültəsində dekan müavini, 2018-ci ildən həmin universitetin İdarəetmə fakültəsinin dekanı vəzifəsində işləyir. 2016-cı ildən AMEA-nın Naxçıvan bölməsinin dissertantıdır.

O, 2018-ci ildə Rumıniyanın Piteşti Universitetində "Müasir büdcə sistemləri və müasir maliyyə sistemləri", "Azərbaycan və dünya təcrübəsi fərqləri" mövzularında mühazirə oxuyub.
N.Cahidzadə bir neçə fənn proqramı və məqalələrin müəllifidir.

O, bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul
ƏDV qəbzləri ölüm saçır: mütəxəssisdən XƏBƏRDARLIQ - VİDEO
Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO