Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102992
az

Xərçəng xəstəliyinin əlacı tapılıb? - ARAŞDIRMA - VİDEO

17:2518 Fevral, 2024
94
CƏMİYYƏT
  • A

Xərçəng xəstəliyi dövrümüzün ən böyük kabuslarındandır. Ancaq son günlər xərçəngin peyvəndinin tapıldığı ilə bağlı xəbərlər yayılır. Hətta Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı deyib ki, Rusiya xərçəngə qarşı vaksinlər yaratmaq üzərində işləyir.

OXU24.COM  Xəzər TV-yə istinadən bildirir ki, "Focus" jurnalındakı məqalədə isə bildirilib ki, "BioNTech" mütəxəssisləri ağciyər xərçənginin bir növünə qarşı anticisim əldə ediblər. Sinə xərçənginə qarşı dərmanın hazırlanması üzərində də iş aparılır.

Mövzuya münasibət bildirən professor Adil Qeybulla hesab edir ki, xərçəng xəstəliyinə tamamilə qalib gəlmək qeyri-mümkündür. Professor bunu onunla izah edir ki, xəstəlik çox vaxt gizli inkişaf edir.

Adil Qeybullanın sözlərinə görə, peyvənd orqanizmdə müdafiə sistemi yaradır. Amma bu müdafiə sisteminin xərçəng kimi müxtəlif toxumaların çoxsaylı törəmələrinin və müxtəlif vəziyyətlərdə olan törəmələrin öhdəsindən gələ biləcəyi məntiqli görünmür.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirilib ki, gələcəkdə belə bir peyvənd hazırlanarsa və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunaraq dünya miqyasında tətbiqi tövsiyə edilərsə, ölkəmiz də bu təcrübədən yararlana bilər. Hazırda bu istiqamətdə elmi araşdırmalar və müzakirələr aparılır. Hər hansı bir nəticələr əldə olunarsa ictimaiyyətə məlumat veriləcək.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı metrosunda sərnişin öldü
Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO
Üzünüzə küncüt çəkin və effektini görün

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü