Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Gecə saatlarında çayxanada  dəhşətli hadisə: 13 bıçaq vurdu

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər yayıldı: Meyit tapılıb

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

Dəhşətli xəbər gəldi: Ölənlər və yaralılar var

XƏBƏR LENTİ

29 Aprel 2024
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Gürcüstanın keçmiş dövlət naziri aksiyada SAXLANILDI
Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Mülkiyyət və əmlak məsələləri, problemin təsirində qalan uşaqlar: Vətəndaş nikahının mənfiləri - VİDEO
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
28 Aprel 2024
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Prezident İlham Əliyevlə Antoni Blinken arasında telefon danışığı olub
May ayında maqnit qasırğaları və 7 təhlükəli gün...
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı
BÜTÜN XƏBƏRLƏR
102958
az

Küçədə yaşayıb məsciddə yatan qızın çempionluq arzusu... - VİDEO

23:1617 Fevral, 2024
124
CƏMİYYƏT
  • A

Sosial şəbəkələrdə sığınacaqlarda məskunlaşan yüzlərlə uşağın, qadının hekayəsi, taleyi haqda məlumatlar paylaşılır. Azyaşlı olduqları üçün bəzən üzlərini görmürük, səslərindən olsa belə, kədərlərini hiss edirik. Ayrı ailələrdə doğularaq bir məkanda qalan bu uşaqların əsas təsəllisi bəlkə də elə tək olmadıqlarını bilməkləridir. 

OXU24.COM"qafqazinfo"ya istinadən xəbər verir ki, onlardan biri də hələ 18 yaşı tamam olmayan Həcər Ələkbərovadır. 17 yaşlı bu qızın üzləşdiyi problemlər, həyata qarşı olan mübarizəsi sosial şəbəkədə hər kəs kimi bizim də diqqətimizi çəkdi. Uşaq və qadın sığınacağının paylaşdığı videoda 2019-cu ildə atasını itirdikdən sonra anası ilə problemlər yaşayaraq evdən ayrılan Həcər Ələkbərovanın arzusuna çatmaq üçün dəstəyə ehtiyacı olduğu vurğulanırdı.

Ağırlıqqaldırma növündə peşəkar idmançı olmaq istəyən, artıq müxtəlif nailiyyətləri də olan Həcərlə görüşdük, onunla çətinlikləri və arzuları haqda danışdıq. O, söhbətində 2 ay küçədə yaşamasından, həmin müddətdə ofisiant işləməsindən və idmançı olmaq istəyindən söz açıb.  

Ölkə üzrə gənclər arasında keçirilən ağırlıqqaldırma yarışlarında 2-ci yeri tutan Həcər idmana 15 yaşında başladığını dedi: "11 yaşlı qardaşımla birlikdə sığınacağdayıq. İdmana marağım isə qohumum dünya çempionu, pəhləvan İsrafil Məmmədov sayəsində yaranıb. 2 il əvvəl məni yanına çağırdı. Onun sayəsində məşq etdim, yarışlara hazırlaşdım. Beləliklə, idmana marağım yarandı. İstəyim odur ki, tanınmış idmançı olum, nailiyyətlərim çox olsun. Buna qəlbdən inanıram. Sığınacaqda idman üçün şərait yaradılsa da, peşəkar səviyyədə deyil. Burada məşqə davam etməyimə dəstək olurlar, yarışlara çıxmaq fikrim var. Qarşıda yarış var idi, amma gec xəbər tutduğum üçün sistem bağlandı. May ayında keçirilən yarışa hazırlaşıram".

Ailəsindən bəhs edən Həcər, anasının dəstəyini karyerası üçün önəmli sayır. Biz isə mövzunun həssaslığını nəzərə alaraq onu danışmaq istədiyi qədər dinləməyə üstünlük veririk: "Şərt bir evin olması deyil, şərt o evdə bir ailənin olmasıdır. Bəlkə də bacarardıq. İdmana atdığım ilk addımlarımda anamın dəstəyinin mənə yaxşı təsir göstərəcəyini düşünürəm. Anamla bir neçə gün əvvəl danışdıq, mənə dəstək olacağını bildirdi.

Elə olub ki, qardaşımla məsciddə qalmışıq. Nə yeməyimiz, nə içməyimiz olub. Həmin çətin anımda heç kəs yanımda yox idi. Buna görə də dəstək önəmli idi. Düzdür, mənim xarakterim çətin olub. Aqressiv idim, amma indi özümdə mənfi və müsbət cəhətləri ayırd etməyi öyrənmişəm. Sığınacaqda hər kəslə yaxşı yola gedirəm, mehriban münasibətdəyəm. Yaşadığım çətinliklərdə qardaşımla birgə olmuşam. O, 5-ci sinfi bitirdikdən sonra məktəbə getmədi. Yaxşı oxuyurdu, amma buna məcbur olduq. Onun da idmana marağı var. Öz çəkisinə görə müəyyən ağırlığı qaldırır. Böyüyəndə hərbçi olmaq istəyir".

Söhbətin gedişatından aydın olur ki, Həcər anasının yaşadığı Qazax rayonundan paytaxta gələrək onlarla birgə kirayə ev tutub yaşayacağına ümid edir. 

Müsahibimiz özünün sosial şəbəkədə paylaşılan videosundan sonra federasiyaların birindən zəng gəldiyini də qeyd edib: "Azərbaycan Taekvando Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev bizə zəng etdi. Dəstək olacağını, nə lazımdırsa edəcəyini bildirdi. İnanıram ki, onlar da mənə dəstək olacaqlar".

Həcər Qazax İqtisad Kollecində 1-ci kurs tələbəsidir, ancaq evdən çıxdığı üçün təhsilini dondurub: "Təhsilimi davam etdirmək niyyətim var idi, amma idmana marağım daha çoxdur. Bu səbəbdən təhsilimi dondurmuşam. Mənim üçün idmanın ağırlıqqaldırma növü birinci yerdədir. Marağım onadır, digər idman növləri haqqında düşünmürəm".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - Fotolar
Bahar taksi sürücülərinə səsləndi:

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü