Qaynar xətt:

(+99450) 247 90 86

Bu İnstitutda 4 nəfər vəzifəsindən azad edildi, digərləri töhmət aldı

Bu İnstitutda 4 nəfər vəzifəsindən azad edildi, digərləri töhmət aldı

CƏMİYYƏT

325

13.02.2024, 15:59

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Memarlıq və İncəsənət İnstitutunda əmək intizamı sahəsində yol verilmiş nöqsanlara görə İnsan resursları şöbəsinin müdiri, müxtəlif elmi-tədqiqat şöbələrində çalışan 4 nəfər elmi işçi tutduqları vəzifələrdən azad ediliblər.

OXU24.COM  Trend-ə istinadən xəbər verir ki, Direktorlar Şurasının iclasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda əmək intizamının vəziyyəti haqqında məsələ geniş müzakirə olunub və müvafiq qərar qəbul edilib.

İnstitutun bir neçə nəfər əməkdaşına əmək intizamı sahəsində yol verdikləri nöqsanlara görə töhmət elan olunub.