Qaynar xətt:

(+99450) 247 90 86

Şəhidin qardaşı dünyaya gəldi - FOTO

Şəhidin qardaşı dünyaya gəldi - FOTO

CƏMİYYƏT

455

13.02.2024, 15:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum evində Vətən müharibəsi şəhidi Amal Alışanlının qardaşı dünyaya gəlib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidin anası Reyhanə Alışanova oğul övladı dünyaya gətirib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Amal Alışanlı Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzuli, Cəbrayıl və Kəlbəcər rayonları istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Yardımlı rayon Qabaqdibi kənd qəbiristanlığında dəfn edilib.

O, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Şücaətə görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.