Müğənni Öykü Gürman Azərbaycanda nikaha daxil olmasının səbəbini açıqlayıb.
OXU24.COM publika.az-a istinadən xəbər verir ki, ötən gün Nişantaşında görüntülənən Gürman evliliklə bağlı sualları cavablandırıb. Sənətçi 6 ildir sevgili olduğu Fatih İçmeli ilə bu yaxınlarda Bakıda baş tutan toyundan danışıb.
"Niyə Azərbaycanda evləndiniz" sualına müğənni belə cavab verib: "Yeni "Ey halimi soranım" adlı mahnımın bəstəkarı Tural Qasımov Bakıda yaşayır. Mahnını almağa getmişdim, həm də orada konsertim var idi. Biz konsulluğa getmişkən üst-üstə gəldi, evləndik. Mən Bakını sevirəm. Vətən sevgim böyükdür. Bir millət, iki dövlət. Atam tərəfi də Azərbaycandandır. Bizim üçün gözəl toy etdilər. Xalq mahnıları və yeməkləri əfsanə idi.

.jpg)
.jpg)