Qaynar xətt:

(+99450) 247 90 86

Bu bankın əmlakı hərraca çıxarılır

Bu bankın əmlakı hərraca çıxarılır

CƏMİYYƏT

427

08.02.2024, 22:20

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fevralın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

OXU24.COM  bildirir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
 

Söhbət bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 53 (Yeni qaydalara Vunqtau küçəsi, 6B) ünvanında yerləşən dəyəri 190 min manat olan qeyri-yaşayış sahəsindən gedir.

Xatırladaq ki, "Atabank"ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilib.