Tovuza dolu düşüb - Video
23 Sentyabr 2026, 01:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
652
07.02.2024, 12:41
Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.
Oxu24.com xəbər verir ki, mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.
Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər.
Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən, qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atmasından danışıblar. M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.
Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub.
Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər, şəhidlərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər çərçivəsində şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.
01:29 / 23 Sentyabr 2026
5
01:24 / 23 Sentyabr 2026
17
01:20 / 23 Sentyabr 2026
23
01:13 / 23 Sentyabr 2026
31
00:15 / 23 Sentyabr 2026
53
00:14 / 23 Sentyabr 2026
58
23:57 / 22 Sentyabr 2026
433
23:56 / 22 Sentyabr 2026
56
23:42 / 22 Sentyabr 2026
54
23:24 / 22 Sentyabr 2026
76
22:54 / 22 Sentyabr 2026
62
22:39 / 22 Sentyabr 2026
72
22:34 / 22 Sentyabr 2026
63
22:15 / 22 Sentyabr 2026
66
21:43 / 22 Sentyabr 2026
62
21:29 / 22 Sentyabr 2026
70
21:19 / 22 Sentyabr 2026
74
21:10 / 22 Sentyabr 2026
72
21:00 / 22 Sentyabr 2026
77
20:55 / 22 Sentyabr 2026
78
20:39 / 22 Sentyabr 2026
84
20:37 / 22 Sentyabr 2026
956
20:15 / 22 Sentyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.