Qaynar xətt:

(+99450) 247 90 86

Əksər sürücülər bu qaydadan xəbərsizdirlər: 3 bal 80 manat cəriməsi var - VİDEO

Əksər sürücülər bu qaydadan xəbərsizdirlər: 3 bal 80 manat cəriməsi var - VİDEO

CƏMİYYƏT

371

06.02.2024, 18:30

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sürücülərin davamlı və kütləvi şəkildə pozduqları qaydalardan biri də nizamlanan yolayrıcılarının keçilməsi qaydasıdır.

OXU24.COM  xəbər verir ki, bununla bağlı sosial şəbəkədə videogörüntü yayılıb. Paytaxtın 28 May küçəsində qeydə alınan videodan görünür ki, sürücülər svetovorun yaşıl işığında yolayrıcına daxil olub, lakin tıxac olduğu üçün kəsişmə yerində qalıblar. Bu zaman sağdan gələn avtomobillərin yolunu kəsərək onların hərəkətini çətinləşdiriblər. Bu hərəkətin qanunsuz olduğunu dəfələrlə sürücülərin nəzərinə çatdırsaq da, çox təəssüf ki, əməl edənlərin sayı hələ də azdır.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına daxil olması qadağandır.

Bu əmələ törədən sürücüləri 3 bal 80 manat cərimə gözləyir.