Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101819
az

SON DƏQİQƏ! Polis bu rayonda əməliyyata başladı: Tutulan şəxslər kimdir?

09:3928 Yanvar, 2024
393
CƏMİYYƏT
  • A

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın olan marixuana, yaşadığı evdən isə 1 ədəd avtomat, 1 ədəd daraq və 11 ədəd patron aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən ilin əvvəlindən bugünə qədər olan müddət ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi 5 kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr - heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, müvafiq dövr ərzində rayon ərazisində 6 oğurluq faktını törətməkdə şübhəli bilinən 3 nəfər də müəyyən edilərək istintaqa cəlb olunub.

Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 1-i yivli olmaqla 55 ədəd odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb.

Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Telegram-da yeni funksiyalar var
Qusarda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapılıb
Kürmükçaydan sel keçir

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ