Qaynar xətt:

(+99450) 247 90 86

“Yeni Sabah”ın 5 yaşı tamam oldu

“Yeni Sabah”ın 5 yaşı tamam oldu

CƏMİYYƏT

452

25.01.2024, 10:11

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün “Yeni Sabah” xəbər saytının 5 yaşı tamam olur.

Sayt 2019-cu il yanvarın 25-dən fəaliyyətə başlayıb. Yenisabah.az-ın fəaliyyətə başladığı dövr ölkədə yüzlərlə xəbər portalının mövcud olduğu, internet media resursları arasında kəskin rəqabətin getdiyi zamana təsadüf etsə də, qısa müddət ərzində tanına bilib. 

Hazırda saytı hər gün onminlərlə oxucu ziyarət edir. 

Saytda cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.

“Yeni Sabah” müxtəlif dövlət qurumları, ictimai təşkilatlarla əməkdaşlıq edir.

Oxu24.com kollektivi  “Yeni Sabah” kollektivini təbrik edir və fəaliyətlərində uğurlar arzu edir!