Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101522
az

Ümidsizliyin əlacı nədir?

09:2223 Yanvar, 2024
165
CƏMİYYƏT
  • A

Sual: Birdən elə olur ki, ümidsizliyə düşüb məyus oluram. Çünki 2 ildir ki, süni mayalanma yolu ilə övlad sahibi olmaq istəyirəm. Hər dəfə müvəffəqiyyətsizliklə nəticələnir. Təbii ki, mənim ürəyim buna görə çox sıxılır. Sanki Allahla danışırammış kimi, çox pis olub deyirəm: "Bax, keçən dəfə dua etdim, bir nəticə hasil olmadı. Bu səfər heç dua da etməyəcəyəm. Məgər camaatın uşağı xeyirli övladdır, mənimki xeyirsiz? Mənə niyə övlad vermirsən?". Bilirəm ki, bu hərəkətim düzgün deyil. Allah yazmayıbsa, uşaq olmayacaq. Ancaq bu da var ki, bu fikirləri özümdən qovub uzaqlaşdıra bilmirəm. Artıq ümidim qalmayıb. Bilirəm ki, ümidsiz olmaq da günahdır. Amma nə cür təslim olacağımı bilmirəm. Mənə nə məsləhət görürsünüz? Artıq taqətim qalmayıb.

Dünya imtahan dünyasıdır. Bu o deməkdir ki, bu imtahanın hansı şəraitdə keçəcəyini biz yox, Allah müəyyən edir. Ruzini verən Allahdır. Uşağı verən də Allahdır. Allah bəzi insanlara geniş imkanlar verdiyi halda, bəzilərini çətinliklərlə sınayır. Kimi insanlara övlad verdiyi halda, kimilərinə vermir. Yəni, elələri var ki, uşaqsız olurlar. Bütün bunlar onun əmri ilə meydana gəlir. Allah Təala bu barədə belə deyir:

"Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir".

"Yaxud hər ikisindən - oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, ölçünü qoyan Odur". ((Şura, 42/49-50.))

Deməli, Allah sizinlə əlaqədar ölçünü  (tale, qədər) belə qoyub. Bir növ belə məsləhət bilib. Siz istəsəniz də, istəməsəniz də, bu ölçü tətbiq olunur. Ona bilərək təslim olsanız, həm rahatlaşarsınız, həm də Allahın dərgahında bir qiymətiniz olar.

Biz bilə bilmərik ki, Allah sizin üçün yekun ölçü olaraq nəyi müəyyən edib. Ona görə də övlad sahibi olmaq üçün cəhd edin. Allah Quranda bizə elə əhvalatlardan bəhs edir ki! Həmin qissələr göstərir ki, Allahdan heç vaxt ümid kəsmək olmaz! Həmin əhvalatları özünüz oxuyasınız deyə, biz sadəcə olaraq surələrin adını və ayələrin yerini yazmaqla kifayətlənirik:

Ali-İmran, 3/38-41; Məryəm, 19/1-11; Hud, 11/69-73; Hicr, 15/51-56.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İki gün öncə həlak olan 13 yaşlı Zaurun partası indi belə görünür -FOTOLAR
Daha bir ölkə Netanyahunu həbs etməyəcək
Lətif Cəfərov vəfat etdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu