Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
23 Sentyabr 2026, 21:47
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
488
22.01.2024, 11:35
Sual: Adətən ölü torpağa tapşırıldıqdan sonra qəbrin üstündə ən axıra molla qalır. Mən eşitmişəm ki, bunun belə bir səbəbi var: Ölən insan özünün öldüyünü ancaq qəbrin içində başa düşüb dərk edir və oradan durmağa çalışdıqda başını qəbrin içindəki betona vurur. Molla da bu səsi eşitmək üçün orada gözləyir. Səsi eşidən kimi oradan uzaqlaşıb gedir. Bu məsələ nə dərəcədə düzdür? Xahiş edirəm, izah edəsiniz.
Bu düz deyil; düzgün olmaq ehtimalı da yoxdur. Molla qəbrin üstündən ona görə ən axırda uzaqlaşır ki, camaat arasında "təlqin" kimi bilinən və İslamda heç bir əsası olmayan işi görsün.
Təlqin vaxtı çalışırlar ki, bir sıra dini məlumatları ölüyə aşılasınlar. Ancaq təlqin ölülərə yox, dirilərə və ölmək üzrə (can üstündə) olan insanlara aiddir.
Əbu Səid Əl-Xudridən (r. a.) nəql olunduğuna görə Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
"Can üstündə (ölüm ayağında) olanlara: "La ilahə illəllah", - deməyi təlqin edin". ((Müslim, Cənaiz, 1, 2.))
Burada belə bir sual yarana bilər: Meyyit dəfn olunduqdan sonra qəbrin üstündə nə kimi işlər görmək lazımdır?
Bu suala cavab vermək üçün peyğəmbərimizdən nəql olunan bir hədisə müraciət edə bilərik:
Əbu Əmr Osman ibn Əffandan (r. a.) rəvayət olunduğuna görə Muhəmməd peyğəmbər (s. a. v.) belə demişdir:
"Qardaşınızın bağışlanmağını diləyin və Allahdan ona müvəffəqiyyətlər arzu edin. Çünki o bu dəqiqə sorğu-sual edilir". ((Əbu Davud, Cənaiz, 69.))
22:14 / 23 Sentyabr 2026
16
21:47 / 23 Sentyabr 2026
50
21:36 / 23 Sentyabr 2026
354
21:19 / 23 Sentyabr 2026
63
21:09 / 23 Sentyabr 2026
59
21:05 / 23 Sentyabr 2026
67
20:54 / 23 Sentyabr 2026
64
20:43 / 23 Sentyabr 2026
66
20:30 / 23 Sentyabr 2026
62
20:17 / 23 Sentyabr 2026
76
19:59 / 23 Sentyabr 2026
85
19:53 / 23 Sentyabr 2026
72
19:34 / 23 Sentyabr 2026
115
19:17 / 23 Sentyabr 2026
1473
19:09 / 23 Sentyabr 2026
73
18:50 / 23 Sentyabr 2026
203
18:39 / 23 Sentyabr 2026
188
18:26 / 23 Sentyabr 2026
174
18:25 / 23 Sentyabr 2026
571
18:15 / 23 Sentyabr 2026
70
17:58 / 23 Sentyabr 2026
78
17:55 / 23 Sentyabr 2026
89
17:53 / 23 Sentyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.