Bu ərazilərdə işıq olmayacaq
24 Sentyabr 2026, 00:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
331
21.01.2024, 18:15
Əgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda hər nə qədər epidemioloji vəziyyət sabitdir deyilsə də, vəziyyət qırmızı xəttə yaxınlaşır.
OXU24.COM xəbər verir ki, Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ kovid, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, Azərbaycanda da vəziyyət eynidir.
Artıq təcili yardıma xəstəxanaya aparılmaq üçün təkid edən xəstələr çoxalır. Valideynlər uşaqlarının sonradan ağırlaşacağından qorxur.
Xəstələrin bir qrupu - uşaqlar, gənclər qızılca tutur, uşaqlar, yeniyetmələr göyöskürəkdən əziyyət çəkir. Eləcə də Bakıda və bir çox rayonlarda sarılıq ocaqları var.
Həkimlərimizin "naməlum mənşəli pnevmoniya" dedikləri mikoplazma sətəlcəmi də unudulur.
Bu pnevmoniya ötən ilin sonunda Çində alovlanıb, uşaqları daha çox yoluxdurub və xəstəxanalar xəstə ilə dolu idi.
Bu xəstəlik hava-damcı yolu ilə sıx kollektivlərdə, məktəblərdə, qapalı yerlərdə asanlıqla yoluxa bilir. Ən çox uşaqlar, gənclər, hamilələr yoluxur.
Rusiyada ikinci aktiv xəstəlik göyöskürəkdir. Rusiya səhiyyə qurumları artıq xəstəxanalarda bu xəstələrin sayının artdığını, yerlərin dolduğunu bildirir.
Eləcə də Azərbaycanda artıq 3 aydır uşaqlarda sadəcə öskürək və boğulma ilə gedən virusun yayıldığı bildirilir.
Bakıda uşaq infeksion şöbələrində belə xəstələr çoxdur. Analar müalicələrin təsir etmədiyini bildirir.
Eləcə də dünən aparıcı İlkin Həsəninin həyat yoldaşı 2 övladının da göyöskürək diaqnozu ilə neçə vaxtdır mübarizə apardığını, xəstəxanada yatsalar da, tam sağalmadıqlarını, indi isə uşaqları özəl klinikaya yatızdırdıqlarını açıqladı.
Belə uşaqlar təkcə Bakıda yüzlərlədir. Sadəcə kütləvi tədbirlər görülmür və əldə etdiyimiz məlumata görə, sahə həkimləri uşaqların xəstəlik kitabçasına göyöskürək və qızılcanı yazmır, bundan yayınır və beləliklə, gerçək epidemioloji vəziyyət aydın olmur.
Eləcə də valideynlər sosial şəbəkələrdə təcili yardımın qızılcalı və 39 dərəcədə olan qızdırmalı uşaqları hospitəlizə etmədiyindən və övladlarını hara aparacaqlarını bilmədiklərindən şikayətlənir.
00:14 / 24 Sentyabr 2026
1
00:14 / 24 Sentyabr 2026
100
00:08 / 24 Sentyabr 2026
23
23:59 / 23 Sentyabr 2026
32
23:55 / 23 Sentyabr 2026
32
23:54 / 23 Sentyabr 2026
23
23:48 / 23 Sentyabr 2026
36
23:36 / 23 Sentyabr 2026
41
23:29 / 23 Sentyabr 2026
51
22:52 / 23 Sentyabr 2026
46
22:37 / 23 Sentyabr 2026
53
22:30 / 23 Sentyabr 2026
61
22:14 / 23 Sentyabr 2026
68
21:47 / 23 Sentyabr 2026
115
21:36 / 23 Sentyabr 2026
690
21:19 / 23 Sentyabr 2026
83
21:09 / 23 Sentyabr 2026
144
21:05 / 23 Sentyabr 2026
193
20:54 / 23 Sentyabr 2026
81
20:43 / 23 Sentyabr 2026
80
20:30 / 23 Sentyabr 2026
69
20:17 / 23 Sentyabr 2026
86
19:59 / 23 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.