Leyla Əliyeva milli geyimdə - Fotolar
24 Sentyabr 2026, 01:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
892
20.01.2024, 18:55
Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək.
Bu barədə Oxu24.com-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir: "Yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.
Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”.
G.Məmmədova bildirib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var:
“Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”.
01:28 / 24 Sentyabr 2026
27
01:17 / 24 Sentyabr 2026
60
01:03 / 24 Sentyabr 2026
199
00:52 / 24 Sentyabr 2026
49
00:42 / 24 Sentyabr 2026
57
00:41 / 24 Sentyabr 2026
63
00:34 / 24 Sentyabr 2026
55
00:14 / 24 Sentyabr 2026
57
00:14 / 24 Sentyabr 2026
1026
00:08 / 24 Sentyabr 2026
105
23:59 / 23 Sentyabr 2026
67
23:55 / 23 Sentyabr 2026
62
23:54 / 23 Sentyabr 2026
53
23:48 / 23 Sentyabr 2026
69
23:36 / 23 Sentyabr 2026
66
23:29 / 23 Sentyabr 2026
61
22:52 / 23 Sentyabr 2026
76
22:37 / 23 Sentyabr 2026
72
22:30 / 23 Sentyabr 2026
63
22:14 / 23 Sentyabr 2026
70
21:47 / 23 Sentyabr 2026
126
21:36 / 23 Sentyabr 2026
756
21:19 / 23 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.