Leyla Əliyeva milli geyimdə - Fotolar
24 Sentyabr 2026, 01:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
437
17.01.2024, 14:02
Bakıda sürücülərin yollarda tez-tez rastlaşdığı xoşagəlməz hallardan biri də əks istiqamətdə hərəkət edərək digərinin qarşısını kəsmə hallarıdır. Sürücülərin əks yola çıxmaq istəyi tıxacda qalmamaq və mənzilbaşına tez çatmaq məqsədi daşısa da, bunu etdikləri zaman ən yaxşı halda bir neçə sürücünün qarşısını kəsir, ən pis halda isə qəza, tıxac və oxşar hadisələrə səbəb olurlar.
Sosial şəbəkədə yayılan görüntülərdə daha bir qrup sürücünün əks yola çıxma halları müşahidə olunub. Əks yola çıxan maşınlar faktiki olaraq digər istiqamətdə gedən sürücüyə hərəkət etməkdə çətinlik yaradıblar.
Bəs, bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə cərimələr nəzərdə tutulubmu?
Baş DYP İdarəsinin inspektoru polis leytenantı Elvin Hacıyev BAKU.WS-ə bildirib ki, nəqliyyat vasitələri əks istiqamətli nəqliyyat axını hərəkət zolağına keçərək qaydanı kobud pozmuş olublar:
"İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, bu kimi hallara görə 4 cərimə balı yazılır və 150 manat cərimə tətbiq edilir. Bu sürücülər anlamalıdır ki, bu kimi qayda pozuntularına yol verməklə həm özlərinin, həm digər sürücülərin, həm də piyadaların həyatlarını riskə atmış olurlar. Bu gün qəzaların baş verməsinin əsas səbəblərindən biri də sürücülərin əks istiqamətdə hərəkət zolağına çıxmasıdır ki, bəzən həmin yerlərdən piyadalar çıxır. Eləcə də digər sürücülərin haqlı narazılığına səbəb olur. Hətta bu kimi qayda pozuntuları tıxacların yaranmasına da səbəb olur. Həmin sürücülər DYP əməkdaşları, eləcə də xüsusi texniki vasitələr tərəfindən aşkarlandığı təqdirdə qanunla müvafiq tədbirlər həyata keçirilir".
01:28 / 24 Sentyabr 2026
27
01:17 / 24 Sentyabr 2026
60
01:03 / 24 Sentyabr 2026
199
00:52 / 24 Sentyabr 2026
49
00:42 / 24 Sentyabr 2026
57
00:41 / 24 Sentyabr 2026
63
00:34 / 24 Sentyabr 2026
55
00:14 / 24 Sentyabr 2026
57
00:14 / 24 Sentyabr 2026
1026
00:08 / 24 Sentyabr 2026
105
23:59 / 23 Sentyabr 2026
67
23:55 / 23 Sentyabr 2026
62
23:54 / 23 Sentyabr 2026
53
23:48 / 23 Sentyabr 2026
69
23:36 / 23 Sentyabr 2026
66
23:29 / 23 Sentyabr 2026
61
22:52 / 23 Sentyabr 2026
76
22:37 / 23 Sentyabr 2026
72
22:30 / 23 Sentyabr 2026
63
22:14 / 23 Sentyabr 2026
70
21:47 / 23 Sentyabr 2026
126
21:36 / 23 Sentyabr 2026
756
21:19 / 23 Sentyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.