Leyla Əliyeva milli geyimdə - Fotolar
24 Sentyabr 2026, 01:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
452
16.01.2024, 21:57
"Mövcud qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ildə orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunaraq artırılır. Hələlik dəqiq artım faizi bəlli olmasa da artımlar məhz bu aydan hesablanır. Belə ki, Dövlət Sosial Müdafiə Fondu 10.8 faiz artım proqnozlaşdırır, Dövlət Statistika Komitəsi isə dünən ötən ilin ilk 11 ayında nominal orta aylıq əmək haqqının 11.2 faiz artdığını bəyan edib".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, artımlar yanvar ayından hesablandığı üçün artımların nə zaman ödəniləcəyi ilə bağlı suallar ünvanlanmaqdadır.
"2023-ci ildə orta aylıq əmək haqqında artımla bağlı rəsmi statistika fevral ayının ilk 10 günündə bəlli olduğu üçün indeksasiya da məhz o zaman aparılacaq. Pensiya artımları yanvarın 1-dən hesablanır, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Deməli, pensiyaçılar artımları gələn aydan etibarən alacaqlar. Amma yanvar ayı üçün hesablanmış artım da fevral ayının pensiya məbləğinə əlavə olunacaq.
Qeyd edək ki, indeksləşdirmə, yən artımlar bütün növ əmək pensiyalarına şamil olunur. "Əmək pensiyaları haqqında" qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa onun pensiya məbləğinə artım hesablanacaq", - deyə V.Bayramov əlavə edib.
01:28 / 24 Sentyabr 2026
101
01:17 / 24 Sentyabr 2026
126
01:03 / 24 Sentyabr 2026
912
00:52 / 24 Sentyabr 2026
84
00:42 / 24 Sentyabr 2026
87
00:41 / 24 Sentyabr 2026
108
00:34 / 24 Sentyabr 2026
75
00:14 / 24 Sentyabr 2026
86
00:14 / 24 Sentyabr 2026
2220
00:08 / 24 Sentyabr 2026
276
23:59 / 23 Sentyabr 2026
91
23:55 / 23 Sentyabr 2026
89
23:54 / 23 Sentyabr 2026
70
23:48 / 23 Sentyabr 2026
110
23:36 / 23 Sentyabr 2026
92
23:29 / 23 Sentyabr 2026
78
22:52 / 23 Sentyabr 2026
106
22:37 / 23 Sentyabr 2026
94
22:30 / 23 Sentyabr 2026
74
22:14 / 23 Sentyabr 2026
86
21:47 / 23 Sentyabr 2026
142
21:36 / 23 Sentyabr 2026
864
21:19 / 23 Sentyabr 2026
100
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.