Azərbaycanda AĞIR QƏZA - Ölən və yaralanan var
24 Sentyabr 2026, 19:19
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
447
13.01.2024, 14:31
Soyuq havaların ürək xəstəliklərinin kəskinləşməsinə səbəb olduğunu bildirən mütəxəssislər qışda infarkt riskinin də artdığına diqqət çəkiblər.
OXU24.COM bildirir ki, kardiologiya üzrə türkiyəli mütəxəssis Fatih Çam soyuq havanın ürək sağlamlığına təsirləri barədə danışıb.
"İnsanlar istiqanlı varlıqlardır, ona görə də havalar soyuyanda belə bədənin istiliyini qoruyub saxlamaq məcburiyyətindədirlər. Soyuq havada orqanizm qan damarlarını sıxaraq istilik itkisini azaltmağa çalışır ki, bu zaman da ürəyin iş yükü əhəmiyyətli dərəcədə artır və damarlar daralır. Bu səbəbdən soyuq havalarda insan daha tez yorulur və nəfəs darlığı yarana bilir. Yenə eyni səbəbdən, yəni damarlar daraldıqda axan qan miqdarı azaldığı üçün qandakı oksigen də azalır, əllər, ayaqlar, burun ucu və dodaqlar kimi ətraflar göyərir. Ürək çatışmazlığı, ürək ritminin pozulması, koronar damarlarda darlıq olan insanlarda sinə ağrısı şikayətləri ortaya çıxa və hətta infarkt baş verə bilər. Üstəlik, soyuqla təmas nə qədər çox olarsa, reaksiya da bir o qədər şiddətli olar. Məsələn, soyuq və ya buzlu suya düşən, küləyə qarşı hərəkət edən insanlarda bu reaksiyalar çox tez inkişaf edir", - deyə mütəxəssis qeyd edib.
"Damarların daralması, təzyiqin artması, ürəyə qayıdan qanın miqdarının artması və qanda oksigenin miqdarının azalması infarkt riskini artıran səbəblərdəndir. Qışda bədənin müqaviməti azalır. Ona görə də ürək xəstələri hər il qripə qarşı, beş ildən bir isə pnevmoniyaya qarşı peyvənd etməlidirlər. Sağlam insanlarda yüngül keçən qrip və buna bənzər soyuqdəymələr ürək xəstələri üçün ciddi problemə çevrilə bilər və ən əsas ölüm səbəbləri sırasındadır", - deyə Fatih Çam əlavə edib.
19:19 / 24 Sentyabr 2026
1
19:08 / 24 Sentyabr 2026
28
19:03 / 24 Sentyabr 2026
47
18:37 / 24 Sentyabr 2026
51
18:28 / 24 Sentyabr 2026
53
18:19 / 24 Sentyabr 2026
52
18:02 / 24 Sentyabr 2026
67
17:50 / 24 Sentyabr 2026
58
17:40 / 24 Sentyabr 2026
58
17:24 / 24 Sentyabr 2026
71
17:12 / 24 Sentyabr 2026
63
17:00 / 24 Sentyabr 2026
73
16:41 / 24 Sentyabr 2026
66
16:31 / 24 Sentyabr 2026
237
16:30 / 24 Sentyabr 2026
85
16:08 / 24 Sentyabr 2026
92
15:55 / 24 Sentyabr 2026
75
15:39 / 24 Sentyabr 2026
92
15:31 / 24 Sentyabr 2026
75
15:27 / 24 Sentyabr 2026
77
15:21 / 24 Sentyabr 2026
916
15:20 / 24 Sentyabr 2026
66
15:11 / 24 Sentyabr 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.