Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100917
az

Əfsanə həbsdə ana oldu

16:3112 Yanvar, 2024
183
  • A

Dörd ay əvvəl Sumqayıt şəhərinin Corat qəsəbəsində ərini öldürmə ittihamı ilə həbs edilmiş 34 yaşlı Əfsanə Məmmədovanın istintaq təcridxanasında övladı dünyaya gəlib.

OXU24.COM  xəbər verir ki, Əfsanə Penitensiar xidmətin müalicə müəssisəsində ana olub.

Bu günlərdə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatıb. İbtidai araşdırmaya prosessual rəhbərlik edən prokuror seçilmiş qətimkan tədbirinin uzadılması üçün məhkəməyə təqdimat verib. Sumqayıt Şəhər Məhkəməsi məhkum ananın həbsdə saxlama müddətini 3 ay daha uzadıb.

Xanım müttəhimə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bu maddənin sanksiya həddi 9 ildən 14 ilə kimidir. Qanuna əsasən himayəsində yetkinlik yaşına çatmayan övladının olması müttəhimin cəzasını yüngülləşdirən hallardan hesab edilir.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda baş verib.

İddianamədə deyilir ki, Ə.Məmmədova əri Ağahüsyen İmanovu bıçaqla qətlə yetirdikdən sonra könüllü olaraq təslim olub. Onlar hadisədən 3 ay əvvəl ailə həyatı qurublarmış.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqomedov UFC oktaqonunda ermənini NOKAUT ETDİ
Artıq içiləndə dərd verir o da - Gün ərzində nə qədər mineral su içə bilərik?
Gündə neçə stəkan çay içə bilərik? - Həkim ziyanlarını açıqladı

Yuxuda yumurta görmək nəyə işarədir? — Yuxu yozmaları

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Xoşqədəm Hidayətqızı: O gecəni səhərə qədər ağlayaraq keçirdim (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Oynaqları balla müalicə edin - RESEPTLƏR
Arvadının qətlə yetirdiyi bildirilən Hacının FOTOSU