Qaynar xətt:

(+99450) 247 90 86

Xankəndidə 17 avtomat, 10 tüfəng və 11 qumbara aşkarlanıb

Xankəndidə 17 avtomat, 10 tüfəng və 11 qumbara aşkarlanıb

CƏMİYYƏT

402

10.01.2024, 10:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb.

 

Bu barədə Oxu24.com-a  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Bundan başqa, şəhərdə 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.