Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
100792
az

Bu məhsulları yeyin: piyləri sürətlə yandırır

23:1309 Yanvar, 2024
175
CƏMİYYƏT
  • A

Meyvə, tərəvəz və taxıl kimi qidalar çoxlu lif ehtiva edir. Bu liflər həm bağırsaqların normal fəaliyyətinə kömək edir, həm uzun müddətli toxluq hissi verir, həm artıq çəkinin azalmasına təsir edir.

OXU24.COM  xəbər verir ki, bu barədə amerikalı qastroenteroloq Nina Nendi "Live Science"a danışıb.

Həkim izah edib ki, yeməkdən sonra insan orqanizminin beyinə toxluğun əldə edildiyi və yeməyə davam etməyə ehtiyac olmadığı barədə siqnallar göndərməsi təxminən 20 dəqiqə çəkir. Bununla belə, yemək və toxluq hissi arasındakı dəqiq müddət bir çox amillərdən, o cümlədən yediyiniz qida növündən asılıdır.
 

Aclıq və toxluq hissini əsasən hormonlarımız idarə edir. Qrelin iştahı stimullaşdırır və bağırsaqlarda istehsal olunur, iştahı azaldan leptini isə bədənin ağ piy hüceyrələri ifraz edir. Beyin də mədənin qida kütlələri ilə genişlənməsini "qeyd edən" sinirlərdən gələn məlumatlara əsaslanaraq doyma siqnalı alır.

Nendi meyvə, tərəvəz və tam taxıl kimi yüksək lifli qidaların toxluğu artırmağa kömək etdiyini söyləyib. Qida mədə-bağırsaq traktından keçərkən həll olunmayan lif orijinal şəklində qalır. Bu, qrelin istehsalını azaldır və iştahı yatıran digər bağırsaq hormonlarının ifrazını tətkiləyir. Bundan əlavə, həzm olunmayan lifin həcminin genişləməsi mədənin uzanma reseptorlarına təzyiq göstərir ki, bu da toxluq hissinin əldə edildiyinə işarədir.

Mədədə toxluq hissi və hormon səviyyəsinin azalması insanda daha çox yemək yemək istəyinin azalmasına əbəb olur. Beləliklə, bitki və tərəvəzlər daha az kalori ilə daha çox toxluq əldə etməyə və arıqlamağa kömək edir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin tərcüməçidən üzr istədi - VİDEO
Azərbaycanlı şairin son durumu açıqlandı - FOTO
Dönər alarkən bunlara diqqət etmək lazımdır

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi