Nazirlərin çoxu bu şəhərdə doğulub - Maraqlı statistika
25 Sentyabr 2026, 00:04
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2674
09.01.2024, 10:47
Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında qeyd edilib.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub.
Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
"Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.
Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir.
Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - birgə məlumatda vurğulanıb.
00:26 / 25 Sentyabr 2026
51
00:04 / 25 Sentyabr 2026
66
23:49 / 24 Sentyabr 2026
60
23:01 / 24 Sentyabr 2026
193
22:58 / 24 Sentyabr 2026
78
22:40 / 24 Sentyabr 2026
63
22:33 / 24 Sentyabr 2026
89
22:31 / 24 Sentyabr 2026
71
22:25 / 24 Sentyabr 2026
76
22:08 / 24 Sentyabr 2026
81
22:02 / 24 Sentyabr 2026
229
21:57 / 24 Sentyabr 2026
67
21:55 / 24 Sentyabr 2026
213
21:52 / 24 Sentyabr 2026
178
21:48 / 24 Sentyabr 2026
70
21:38 / 24 Sentyabr 2026
279
21:32 / 24 Sentyabr 2026
395
21:19 / 24 Sentyabr 2026
56
21:17 / 24 Sentyabr 2026
106
21:12 / 24 Sentyabr 2026
134
21:10 / 24 Sentyabr 2026
64
21:04 / 24 Sentyabr 2026
76
20:58 / 24 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.