Qaynar xətt:

(+99450) 247 90 86

Nazir Astaraya gedir

Nazir Astaraya gedir

CƏMİYYƏT

358

07.01.2024, 11:53

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Yanvarın 26-da energetika naziri Pərviz Şahbazov Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edəcək.
"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 12:00-dan başlayaraq Astara şəhərindəki Heydər Əliyev Mərkəzində (İstiqlaliyyət küçəsi, 26b ünvanında) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs: Azər Rzayev), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin "Lənkəran" filialı (əlaqələndirici şəxs: Xəyyam Aydınov: əlaqə telefonu: (050) 305-51-67, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.