Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazov Gədəbəydə vətəndaş qəbulu keçirəcək

Vilayət Eyvazov Gədəbəydə vətəndaş qəbulu keçirəcək

CƏMİYYƏT

439

07.01.2024, 11:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 18-də Gədəbəy Rayon Polis Şöbəsinin inzibati binasında Ağstafa, Daşkəsən, Tovuz, Qazax, Gədəbəy və Şəmkir şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.
DİN-dən Oxu24.com-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı yanvarın 17-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytına və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.