Qaynar xətt:

(+99450) 247 90 86

İran Azərbaycan vətəndaşı olan TIR sürücülərini 75 gündür sərhəddən buraxmır - VİDEO

İran Azərbaycan vətəndaşı olan TIR sürücülərini 75 gündür sərhəddən buraxmır - VİDEO

CƏMİYYƏT

382

04.01.2024, 21:29

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Araz çayının o tayından bu tayına yük daşıyan Azərbaycan vətəndaşı olan TIR sürücüləri artıq 75 gündür İran Astarasında saxlanılıblar. Onlar iddia edirlər ki, İran şirkətinin məhsullarını Azərbaycan üzərindən keçməklə Rusiyaya aparırlarmış. Bəs İran sərhədçiləri sürücülərimizi niyə buraxmırlar?

OXU24.COM  bildirir ki, soydaşlarımız düz 75 gündür İran Astarasında sürdükləri yük avtomobilində gecələmək məcburiyyətində qalıblar.

Onlarla sürücü Azərbaycan üzərindən keçməklə Rusiyaya yuyucu toz aparmaq adı ilə yola çıxsalar da, sərhəddə saxlanılıblar.

"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sürücülər iddia edirlər ki, Rusiyaya daşınan yük İran şirkətinə məxsus olmasına baxmayaraq bu ölkənin sərhədçiləri iki aydan artıq  müddətdə onları  keçməyə qoymurlar.

Sürücülər iddia edir ki, onların avtomobilləri  müsadirə olunaraq Rəşd şəhərinə aparılacaq. Bundan sonra məhkəmə prosesi keçiriləcək ki, bu da ən azı 2-3 il vaxt alacaq.

Onlar Azərbaycanın aidiyyəti dövlət qurumlarına müraciət etdiklərini də bildiriblər. İndi onların istəkləri bu məsələnin həll edilməsidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: