Qaynar xətt:

(+99450) 247 90 86

DİN AÇIQLAMA YAYDI

DİN AÇIQLAMA YAYDI

CƏMİYYƏT

380

03.01.2024, 10:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yanvarın 2-də cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

 

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, yanvarın 2-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.