Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ağır qəza baş verib - fotolar

Bakıda ağır qəza baş verib - fotolar

CƏMİYYƏT

634

03.01.2024, 09:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Nəsimi rayonunda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.

 

Oxu24.com  xəbər verir ki, avtoqəza Füzuli küçəsində qeydə alınıb.


“KIA” markalı nəqliyyat vasitəsini idarə edən sürücü eyni istiqamətdə olan “Toyota Prius” markalı maşını sağdan ötməyə çalışıb.

Həmin vaxt “KIA”nın sürücüsü maşınını yol kənarında dayanan “Mercedes GLS” markalı nəqliyyat vasitəsinə çırpıb.

Zərbənin təsirindən “KIA” istiqamətini dəyişirək eyni yolda hərəkətdə olan “Toyota”ya da çırpılıb.

Qəza nəticəsində “KIA”markalı avtomobil deformasiyaya uğrayıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.