Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bir gündə yüzlərlə nişan qayıtdı - Səbəb

Azərbaycanda bir gündə yüzlərlə nişan qayıtdı - Səbəb

CƏMİYYƏT

540

01.01.2024, 20:17

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanı ləğv edib.

Bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin Kəmalə Ağazadə məlumat verib.

O, ölkədə ilk dəfə bu addımın atıldığını vurğulayıb:

Nişanlanmağa məcbur edilən 12 yaşlı qızın atası HƏBS EDİLDİ
"Görürsünüz ki, uşaq "istehsal"ı vaxtınızdır, çevrilib yatın"
12 yaşında nişanlanan qız danışdı - "Xəbərim yox idi..." - VİDEO
"2024-cü ilin ilk günü bu məlumatla paylaşmağı özümə borc bilirəm. İlk dəfə baş verdi. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb".

Birliyin sədri bildirib ki, DİN profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb:

"DİN-in bir dəfə yetər deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs ağır cəza olmalı idi. Biz bacardıq".

Qeyd edək ki, bir neçə gün öncə Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib.