Bakıda yanğın başlayıb
25 Sentyabr 2026, 17:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
29.12.2023, 16:44
Kapital Bank-ın sponsorluğu ilə mühəndislik və sahibkarlıq konfransı keçirildi
Kapital Bank-ın baş sponsorluğu ilə “Açıq mənbə sahibkarlığı konfransı” baş tutdu. Konfransın məqsədi süni intellekt və açıq mənbə texnologiyası ilə məşğul olan peşəkarları, bu sahəyə marağı olan şəxsləri, texnologiya həvəskarlarını və sahibkarları bir araya gətirmək idi.
“GOUP” Könüllülər İcmasının təşkil etdiyi tədbirdə 150-dən çox iştirakçı ilə birlikdə süni intellekt, açıq mənbə texnologiyaları və sahibkarlıq mövzusunda geniş müzakirələr aparıldı, təqdimatlar nümayiş olundu. Mühəndislik və sahibkarlıq istiqamətlərində panel müzakirələrin və fərdi çıxışların da baş tutduğu konfransda 35 məruzəçi iştirak etdi.
İştirakçıların tədbirə göstərdiyi maraq və mütəxəssislərin təcrübələrini paylaşmaq həvəsi onu göstərir ki, son dövrlərdə ölkəmizdə xüsusən də gənclərin süni intellekt və açıq mənbə texnologiyalarına, eləcə də sahibkarlığa marağı artır. Bu kimi tədbirlər informasiya texnologiyaları sektorunda şəbəkələşmə, bilik mübadiləsi və yeni ideyaların inkişaf etdirilməsi üçün unikal imkanlar yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.
17:22 / 25 Sentyabr 2026
1
17:05 / 25 Sentyabr 2026
22
16:45 / 25 Sentyabr 2026
26
16:17 / 25 Sentyabr 2026
59
16:13 / 25 Sentyabr 2026
53
16:06 / 25 Sentyabr 2026
181
15:55 / 25 Sentyabr 2026
150
15:52 / 25 Sentyabr 2026
53
15:42 / 25 Sentyabr 2026
76
15:40 / 25 Sentyabr 2026
113
15:36 / 25 Sentyabr 2026
743
15:35 / 25 Sentyabr 2026
169
15:27 / 25 Sentyabr 2026
120
15:25 / 25 Sentyabr 2026
54
15:22 / 25 Sentyabr 2026
61
15:07 / 25 Sentyabr 2026
66
14:59 / 25 Sentyabr 2026
56
14:25 / 25 Sentyabr 2026
62
14:22 / 25 Sentyabr 2026
189
14:15 / 25 Sentyabr 2026
64
14:05 / 25 Sentyabr 2026
56
13:58 / 25 Sentyabr 2026
495
13:50 / 25 Sentyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.