Miras payı ilə bağlı MÜHÜM MƏLUMAT
09 Noyabr 2026, 19:44
Qaynar xətt:
(+99450) 247 90 86
AKTUAL
696
21.10.2026, 14:31
Son illər sosial şəbəkələrdə və qeyri-rəsmi mənbələrdə xərçəng kimi ağır xəstəliyin “alternativ” üsullarla müalicə olunması barədə müxtəlif iddialar yayılır. Bu iddialardan biri də sidik içməyin xərçəngi sağaltdığı ilə bağlıdır. Mütəxəssislər xəbərdarlıq edir ki, belə yanaşma nəinki əsassızdır, həm də xəstənin həyatı üçün ciddi təhlükə yaradır.
Mammoloq-onkoloq İndira Səfərova mövzu ilə bağlı Oxu24.com-a açıqlamasında bildirib ki, sidik içməyin xərçəngi sağaltması ilə bağlı iddialar tamamilə əsassız və təhlükəli mifdir. Onun sözlərinə görə, bu cür fikirlərin tibbi əsası yoxdur və onlara inanmaq xəstələr üçün ağır nəticələr doğura bilər.
Həkim izah edib ki, böyrəklər orqanizmin ən mühüm filtrasiya orqanlarından biridir. Onların əsas vəzifəsi qanı süzərək zərərli və zəhərli tullantıları sidik vasitəsilə bədəndən xaric etməkdir. Başqa sözlə, sidik orqanizmin özündən təmizləmək istədiyi maddələrin toplandığı mayedir.
İ.Səfərovanın vurğuladığına görə, orqanizmin kənarlaşdırdığı tullantını yenidən içmək onun sağalmasına kömək etmir.
Mütəxəssis qeyd edib ki, sidik içmək xərçəngi sağaltmır, əksinə, sağlamlıq üçün əlavə təhlükələr yaradır. Bu hal həzm sisteminə infeksiya düşməsinə səbəb ola bilər. Bundan əlavə, orqanizmdən xaric olunmalı maddələrin yenidən qəbulu böyrəklərə əlavə yük salır və onların işdən çıxmasına gətirib çıxara bilər. Beləliklə, xəstə mövcud xəstəliyi ilə yanaşı, yeni və ağır sağlamlıq problemləri ilə də üzləşir.
İ.Səfərova bildirib ki, müasir onkologiyada sidiyin xərçəngi müalicə etdiyinə dair heç bir elmi sübut yoxdur. Xərçəngin müalicəsi uzun illər aparılan elmi tədqiqatlara, klinik sınaqlara və sübuta əsaslanan metodlarla həyata keçirilir.Cərrahiyyə, kimyəvi terapiya, şüa terapiyası, hormonal və hədəfli müalicə kimi üsullar məhz bu cür tədqiqatların nəticəsində tətbiq olunur. Sübut olunmamış metodların müalicə kimi təqdim edilməsi isə xəstələri yanıldır.
Həkim xüsusi olaraq vurğulayıb ki, bu cür miflərə inanan xəstələr çox vaxt əsl müalicədən imtina edirlər. Bu zaman isə “qızıl vaxt” itirilir. Xərçəng xəstəliyində erkən mərhələdə diaqnoz qoyulması və müalicəyə vaxtında başlanması sağalma şansını əhəmiyyətli dərəcədə artırır.Müalicənin gecikdirilməsi isə xəstəliyin yayılmasına, vəziyyətin ağırlaşmasına və müalicənin çətinləşməsinə səbəb ola bilər.
İ.Səfərova vətəndaşlara tövsiyə edib ki, xərçəng şübhəsi yarandıqda sosial şəbəkələrdəki məsləhətlərə və xalq arasında yayılan əsassız iddialara yox, mütəxəssis həkimin rəyinə üstünlük versinlər. Onun sözlərinə görə, döş vvəzində şiş, sıxlaşma, ifrazat, dəri dəyişiklikləri və ya digər qeyri-adi əlamətlər müşahidə olunarsa, gecikmədən mammoloqa və ya onkoloqa müraciət etmək lazımdır.Mütəmadi profilaktik müayinələrdən keçmək isə xəstəliyi ilkin mərhələdə aşkar etməyə imkan verir.
Həkim əlavə edib ki, xərçəng xəstələri və onların yaxınları informasiya mənbələrinə həssas yanaşmalı, müalicə ilə bağlı bütün qərarları həkimlə məsləhətləşərək qəbul etməlidirlər.
Həkimin fikrincə, tibbi sübuta əsaslanmayan üsullar xəstəyə fayda gətirmir, əksinə, həyati vaxtın itirilməsinə və geriyə qayıdışı mümkün olmayan fəsadlara yol aça bilər.
Nigar
16:35 / 10 Noyabr 2026
1
16:21 / 10 Noyabr 2026
40
16:12 / 10 Noyabr 2026
106
15:58 / 10 Noyabr 2026
78
15:44 / 10 Noyabr 2026
161
15:34 / 10 Noyabr 2026
240
15:31 / 10 Noyabr 2026
76
15:25 / 10 Noyabr 2026
104
15:22 / 10 Noyabr 2026
94
14:58 / 10 Noyabr 2026
2163
14:55 / 10 Noyabr 2026
305
14:48 / 10 Noyabr 2026
351
14:23 / 10 Noyabr 2026
448
14:20 / 10 Noyabr 2026
850
14:09 / 10 Noyabr 2026
207
14:00 / 10 Noyabr 2026
871
13:44 / 10 Noyabr 2026
135
13:38 / 10 Noyabr 2026
385
13:26 / 10 Noyabr 2026
1711
13:24 / 10 Noyabr 2026
150
13:20 / 10 Noyabr 2026
348
13:05 / 10 Noyabr 2026
180
13:00 / 10 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.