Bu gün rusların Qradovdan və Avdiivkanın top artilleriyasından atəşə tutması nəticəsində 5 nəfər həlak olub, daha 5 nəfər yaralanıb.
Oxu24.com xəbər verir ki, bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.
Həmçinin yaşayış binaları, avtomobillər, qarajlar, təsərrüfat binaları və digər obyektlər dağıdılıb.
Avdiivka şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaşın sözlərinə görə, bu gün səhər və günortadan sonra işğalçılar Avdiivkaya bir neçə kütləvi hücuma keçiblər - şəhərin bütün hissələri vurulub.
Ölənlərdən ikisinin 1980 və 1985-ci il təvəllüdlü olduğu müəyyən edilib.
Bundan əvvəl bildirilmişdi ki, yanvarın 14-də Rusiya raketi Dneprdə çoxmərtəbəli binaya düşüb. İlkin məlumata görə, beş nəfər həlak olub, 60-a yaxın insan yaralanıb.
Hücum zamanı qeydə alınan 18+fotoları təqdim edirik:
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR