İstanbulun Fatih şəhərində 14 yaşlı tələbə qız dəftərxana işçisi tərəfindən zorakılığa məruz qalıb. Təcavüz anları təhlükəsizlik kameralarına düşüb.
Oxu24.com İhlas Xəbər Agentliyinə istinadən xəbər verir ki, dəftərxana işçisi zorakılığa qız tələbəni qucaqlayıb öpməklə başlayıb.
Təxminən 45 dəqiqə təqibdən sonra içəri bir müştəri daxil olub. Müştərini görən şübhəli heç nə olmamış kimi hərəkətini davam etdirib.
Dəftərxana ləvazimatları mağazasından çıxan gənc qız evə gedərək vəziyyəti ailəsinə danışıb. Polis əməkdaşları tərəfindən təcavüzdə şübhəli bilinən A.S. nəzarətə alınıb.
Şübhəli A.S ifadəsində dəftərxana ləvazimatları mağazasına daxil olan gənc qızı tanımadığını və adını da bilmədiyini bildirib. Gənc qızın əvvəlcə onu qucaqladığını iddia edən şübhəli daha sonra onu öpdüyünü etiraf edib. Təcavüzdə şübhəli bilinən A.S məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR