Selfi çəkdirən şəxs faciəli şəkildə ölüb.
Oxu24.com Haberler.com saytına istinadən xəbər verir ki,Antalyada Rusiya vətəndaşları Stanislav İvançenko (35), Natalia Filimonova (54) və Anna Filimonova (34) şəkil çəkdirmək üçün Köprülü Kanyona gediblər. Selfie çəkmək istəyən Stanislav İvançenko müvazinətini itirərək 35 metr hündürlüyündəki qayalardan yıxılıb.
Xarici vətəndaş elə hadisə yerindəcə həlak olub.Dostları dəhşətli hadisədən böyük sarsıntı keçiriblər.
Hadisə ilə bağlı istintaq davam edir.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR