Morq işçisi meyitləri zorlayırmış
Oxu24.com xəbər verir ki, İngiltərədə morqda saxlanılan 67-yə yaxın meyitə təcavüz etdiyi üzə çıxan David Fullerin qurbanları arasında Azra Kamal adlı türk qızı da var.
67 yaşlı David Fuller 1987-ci ildə 20-25 yaş arası 2 qadına təcavüz edib və öldürüb. Bir xəstəxananın meyitxanasında işə düzələn Fullerin 2020-ci ilə qədər 101 cəsədi cinsi istismar etdiyi müəyyən edilib.
Fullerin qurbanlarından birinin 24 yaşlı Kipr türkü Azra Kamal olduğu müəyyənləşib. Fullerin cinayətlərinin üzə çıxması ilə aparılan araşdırmalar nəticəsində yol qəzasında həyatını itirən Azranın cansız bədəninin də təcavüzə uğradığı ortaya çıxıb.
Fullerin qurbanlarını təhqir edərkən bunları qeyd etdiyi müəyyən edildi və evində tapılan xatirələrdə təxminən 900.000 fayl ələ keçirildi. İnternet axtarış tarixçəsində 'zorlama', 'işgəncə' və 'ölüm' kimi sözlərə rast gəlinir.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR