Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
63978
az

18+ Cinsi zəiflik üçün dərman adları

00:1219 Yanvar, 2022
1358
18+
  • A

İntim cəhətdən sağlamlıq kişi həyatının önəmli bir hissəsidir. Cinsi partnyorun stabilliyi və spesifik stimulyatorlar kişiyə hər zaman özünü gümrah hiss etməyə kömək edir. Erektil disfunksiya, yəni cinsi zəiflik həm psixoloji, həm də patoloji faktorlardan yaranır.

Bu problemlə mübarizə aparan cinsi zəiflik üçün dərman adları aşağıda qeyd edilmişdir. Potensiyanı stimulə edən və gec qurtarmaq üçün dərmanlar 2 qrupa bölünür: sintetik və təbii yolla alınmış vasitələr.

Cinsi zəiflik üçün dərman preparatları haqqında ümumi məlumat
potensiya üçün həblər libidonu (cinsi həvəsi) artırır, aktı uzadaraq əlaqənin keyfiyyətlini yüksəldir. Həmçinin dolayı yolla kişilərdə özünəgüvən hissi yaradır.
cinsi funksiyanın tənzimləyiciləri arzuolunan effekti uzunmüddətli edir. Preparatlar birdəfəlik və ya müntəzəm istifadə üşün nəzərdə tutulmuşdur. Onlar asılılıq yaratmır.
ən məşhur dünya brendləri – Viaqra, Levitra, Sialis FDE5 (fosfodiesteraza) inhibitorlarıdır. 18 yaşdan yuxarı kişilər üçündür.
bütün FDE5 inhibitorları oxşar təsir mexanizminə malikdir. Onlar cinsi orqana qan axınını artırır. Bu dərmanlar yalnız libido oyandıqdan sonra effektivdir.
əgər kişidə xroniki xəstəliklər varsa və yanaşı olaraq, digər preparatlardan istifadə edirsə, bu vasitələrin qəbulu, dozalanması barədə yalnız mütəxəssislə məsləhətləşməlidir. Tərkibində istənilən doza və formada üzvi nitratlar (nitroqliserin,  mononitrat, dinitrat və.s) olan dərman vasitələrindən istifadə zamanı bu preparatların qəbulu qəti qadağandır.
Cinsi zəiflik üçün dərman adları foto 1

Cinsi zəiflik üçün dərman adları: 7 preparat
Viaqra. Aktiv maddəsi sildenafildir. Cinsi zəiflik və impotensiyanın müalicəsində yararlıdır. Daxilə qəbul edilir. Tövsiyə olunan doza 100 mq-dır (1 tablet). Minimal doza 50mq-dır. Cinsi aktdan 1 saat öncə qəbul edilir. Nəticə 40-50 dəqiqə sonra əldə edilir və 4 saata qədər qüvvədə qalır. Preparatı alkoqol və yağlı qidalarla birlikdə içmək olmaz. Aptekdə sildenafil Jenaqra, Siaqra, Suxaqra, Koneqra, Penimeks adları ilə də satılır.
Levitra tabletləri. Təsir maddəsi vardenafildir. Klinik təcrübələrdə preparat öz effektivliyini sübut etmişdir. Təhlükəsiz vasitədir. Sutkalıq dozalanma kişinin bədən kütlə indeksindən və yaşından asılıdır. Standart doza -10mq, maksimal isə 20 mq-dır. 65 yaşdan yuxarı kişilərdə ilkin doza sutkada 5 mq təşkil edir. Tabletlər intim yaxınlıqdan 15-30 dəqiqə əvvəl içilir. Alkoqol və yağlı qida qidaların effektivliyə təsiri yoxdur.
Cinsi zəiflik üçün dərman adları foto 2

Cinsi zəiflik üçün növbəti qrup dərman adları
Sialis tabletləri. Aktiv maddəsi tadalafildir. Kliniki araşdırmalara görə əlavə mənfi təsirləri çox azdır. Ağır dərəcəli cinsi zəiflik hallarında da effektivdir. Hətta şəkərli diabetdən əziyyət çəkən xəstələr bu dərmanı qəbul edə bilər. İntim yaxınlıqdan 15-20 dəqiqə əvvəl içilir. Tövsiyə olunan gündəlik doza 1 tabletdir (20mq). Təsiri digər preparatlarla müqayisədə daha uzunmüddətlidir. Qida qəbulu dərmanın sorulmasını zəiflətmir. Analoqlar Tadalafil, Apkalis, Tadasip adları ilə apteklərdə satılır.
Zidena. Tərkib komponenti udenafildir. Cinsi zəiflik zamanı istifadə olunur. İntim əlqədən 30 dəqiqə əvvəl içilir. Tövsiyə olunan sutkalıq doza 100 mq-dır. Preparatı gündə maksimum 1 dəfə içmək olar. Alkoqol və yağlı qidalar dərmanın təsirini zəiflətmir.
Cinsi zəiflik üçün dərman adları foto 4

Cinsi zəiflik üçün bitkilərdən hazırlanmış dərman adları
Lavetron. Cinsi zəiflik üçün bitki tərkibli kombinəolunmuş preparatdır. Effekti libido yüksəldikdən sonra bilinir. Reproduktiv funksiyaya təsiri yoxdur. Toksiki deyil və asılılıq yaratmır. Əlaqədən 40-60 dəqiqə əvvəl 1 tablet qəbul edilir. Təsiri maksimum 6 saat davam edir.
Orqazeks. Kapsul formasında bitki mənşəli kombinəolunmuş preparatdır. Ereksiyanı stimulə edir, libidonu artırır. Təhlükəsizdir. Qəbuldan 1 saat sonra öz təsirini göstərir. Asılılıq törətmir.
Oqopleks. Təbii bitki formulasıdır. Kurs şəklində içilir. Prostatit və prostat adenomasından əziyyət çəkən kişilər də ondan istifadə edə bilər. Potensiyanı artırır, spermatogenezi normallaşdırır. Asılılıq yaratmır. 1 kapsul olmaqla gündə 2 dəfə içilir. Müalicə müddəti 1 aydır.
Cinsi zəiflik üçün preparatlar hər nə qədər təhlükəsiz və yoxlanılmış vasitələr olsa da, istifadədən öncə androloqdan soruşmağınız tövsiyə edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gündə bir dəqiqə bu idman hərəkətini etməkcinsi aktivliyi artırır
Fil xəsətliyi görün nədən yaranırmış: Müalicəsi olmayan bəla  (18+FOTOLAR)
Cinsi münasibətin müddətini dərmansız necə uzatmalı - Effektiv metodlar

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ